...İndi Çeçenistan-İçkeriyada rus əsgərlərinə qarşı vuruşan səhra komandirlərinin sayı həddən ziyadə artıb. Onlar kimdir və hansı "qəhrəmanlıq"larına görə məşhurlaşıblar - bəlli deyil. Əslinə qalsa, çeçen mücahidlərin özləri də fərdi ierarxiyalarını çözə bilməyib çaş-baş qalıblar. Onlar,kimin başçı, kimin də tabeçilikdəki adam olduğunu hələ də ayrıd etmək istəmirlər.
İçkeriyanın silahlı qüvvələrində az-çox intizam və nizam Birinci Çeçen savaşında vardı. Həmin dönəmdə çeçen mücahidlərə general Cöhər Dudayev başçılıq edirdi. Rus qoşunlarına qarşı silahlı müqavimətə rəhbərliyi də Dudayev gerçəkləşdirirdi.
Onun verdiyi əmrlərə isə bir kimsə tabe olmamağı ağlına belə gətirmirdi.
İndi "səhra komandiri" adlanan kəslər isə o vaxt bığ yerləri tərləməmiş, döyüşün nə olduğunu bilməyən gənclərdi.
Dudayevdən sonra çeçen mücahidlər arasında yeganə peşəkar hərbçi olan (diviziya hava hücumundan müdafiə qüvvəsinin sabiq komandiri) polkovnik Aslan Masxadov isə İçkeriya silahlı qüvvələrinin Baş Qərargah rəisi təyin olnmuşdu.
Çeçenistanın ilk prezidenti vəfat edəndən sonra isə hər şey dəyişdi. Dudayevin postuna yiyələnən Zəlimxan Yandarbiyev peşəkar hərbçi olmadığından az sonra mücahidlər üzərində nəzarəti əldən verdi.
Səhra komandirləri arasında rütbə yarışı başladı. İlk əvvəl Çeçenistanda "cəbhə komandanı" rütbəsi çox populyardı. Məsələn, Şamil Basayev Şərq, Ruslan Gelayev isə Qərb Cəbhəsinin komandanı elan edildi. "Cəbhə"lər çox, "komandan" olmaq istəyənlərin sayı ondan da çox. Coğrafi səmtlər bitdikdən sonra şəhər adları işə düşdü. "Qudermes cəbhəsi" (Yamadayev), "Urus-Martan cəhbəsi" (Basnukayev) və ilaxır...
Daha sonra "istiqamət komandanları", bir az keçəndə isə "sektor komandaları" dəbə mindi.
Hərbi rütbələrə gəldikdə isə, çeçen mücahidlər arasında ən populyar və geniş yayılmış rütbə "briqada generalı"dır.
70-80 nəfərlik dəstən var - buyur, "briqada generalı"san... Buna görə də çeçenləər arasında hələ də polkovnik rütbəsində qalmış adam "Ali Baş Komandan" Aslan Məsmhədovdur.
Xatirimdədir... Günlərin birində Dağıstan-Çeçenistan sərhədində çeçen "general"la söhbətləşirdim. Sonradan bu adamı tanıyanlar "filankəs generaldır" sözlərimə gülüb deyirdilər: "Bəs nə, general... O adam rus-çeçen savaşına qədər traktorçu olub. Özü də Sovet Ordusundan sıravi rütbəsində qayıdıb".
YENİ ŞURA
"Keçəl" və "Baysanqur" ləqəbləriylə tanınan Şamil Basayev isə özünə yeni "Çeçenistanın İslam Şurası"nı yaradır.
Şuranın qüvvələrinə gəldikdə isə, Çeçenistanın Kurçaloy, Şali və Qudermes rayonlarında Bekşayev ("Ruslanbek), Kiri, Hüseyn və Umarovun dəstələri; Urus-Martan rayonu və Şalinin qərbində "Ebi" ləqəbli Aslambek Əbdülhacıyev və Əbdürrəhmanın; Şali, Arqun, Mayrtup və Göhərqalanın cənub-şərq səmtində "Herat" ləqəbli Əbu Dər (Səudiyyə Ərəbistanı vətəndaşı), Əsədulla, "Stadion" ləqəbli Nurəddin, "Abrek" ləqəbli Nişayev və Məcidovun; Vedeno, Şali rayonunu dağlıq hissəsi, Yarış-Mardı və Köhnə Ataqi istimaqətlərində "Uran" ləqəbli Həmzət və "Zalmay" ləqəbli Əbu Yaqubun; Qudermes səmtində "Yarmuq" ("Yena", "Əbu Əhməd əl Şəhid əl Əmriki, əbu Aabdalan, əl Əmriki, Əbu Fatman əl Zəkra, Əhməd əl Əmriki, Əbu əbd əl Rəhman və Əbu Əhməd əl Əmriki Muic ləqəbləriylə də tanınır) ləqəbli Əbu Ömərin; Tolstoy-Yurd və Calka istiqamətlərində Əbu Fatihin; Nojay-Yurd və Kurçaloy istiqamətlərində "İzmaray" ləqəbli Əbdül əl Valid, "Borz" ləqəbli Xambiyev, "Sulim" ləqəbli Eldarovun dəstələri vuruşur.
Bundan başqa, Şamil Basayevin başçılıq etdiyi "Şura"da aşağıda adları çəkilən səhra komandirləri də var:
1. Sufyan Abdullayev. Şəriət məhkəməsi olan "məhkəmət"in sabiq üzvü. Vedeno və Nojay-Yurd rayonlarında 45-60 mücahidə başçılıq edir;
2. Əbu Abdulla Cəfər. Əfqanıstanda sovet qoşunlarına qarşı vuruşub. Çeçen mücahidləri arasında ən yaxşı minaatan kimi tanınır. Xəttabın sağ olduğu dönəmlərdə 600 mücahidə başçılıq etsə də, hazırda Vedeno və Nojay-Yurd istiqamətlərindəki 28 mücahidə rəhbərlik edir;
3. Əl Küteybə. Xəttabın köməkçilərindən biri olub. İndi 6 diversantın rəhbəridir;
4. Aqdan Azdamirov. Alxan-Yurd yolunda Perm XTMD-nin döyüşçülərini aparan maşını partladıb. Qroznıda vuruşan 13 mücahidə başçılıq edir;
5. Maqomed Asluddinov. Şaroy rayonunda vuruşan 60 mücahidin komandiri avardır;
6. Bislan Xasayev. Alxan-Qala istimaqətində 50 mücahidə başçılıq edir;
7. Sultan Qelisxanov. Yalxaroy teypinə mənsubdur, Yalxoy-Moxk və Soquntı istimaqətlərində ruslara qarşı vuruşan mücahidlərin komandiridir;
8. Əli Dalayev. Çeçen-aul istiqamətində vuruşan 20 vəhabinin komandiridir;
9. Abdı Cəbrayılov. Gürcüstanın Axmet rayonunda olsa da, yaxın vaxtlarda Çeçenistan-İçkeriyanın Şali rayonunda ruslara qarşı vuruşmağa hazırlaşır;
10. Maqomed Madayev. 30 nəfərlik dəstəsiylə Urus-Martan və Şali rayonlarında ruslara qarşı vuruşur;
11. Həmzət Matuyev. 15 nəfərlik dəstəsiylə Urus-Martanda ruslara qarşı vuruşur;
12. Əhməd Murtazayev. Mərhum prezident Cohər Dudayevin dönəmində meşə təsərrüfatı naziri olub, 1999-cu ildə isə Basayev tərəfindən Vedeno "şura"sının sədri təyin olunub. Hazırda 40 mücahidə başçılıq edir;
13. X.Takayev. 30 nəfərlik dəstəsiylə Duba-Yurd istiqamətində ruslara qarşı vuruşur. Peşəkar kəşfiyyatçıdır.
14. Doku Umarov. Mərhum Arbi Barayevin yaxın qohumudur. Dəstəsindəki 10 mücahidlə Cöhərqalada (Qroznı) ruslara qarşı vuruşur;
15. Rəbbani Xəlilov. 50 nəfərlik dəstəsiylə Nojay-Yurd və Vedeno rayonlarında vuruşur;
16. Şamil Şovxalov. 10 nəfərlik dəstəsiylə Avturı, Qeldıgen, Arqun və Kurçaloy istiqamətlərində ruslarla vuruşur;
17. Əbubəkr. 15 nəfərlik dəstəsiylə Vedeno və Nojay-Yurd rayonlarında vuruşur;
18. Əbu Vəhhab. Vedeno rayonunda ruslarla vuruşan 15 mücahidin komandiridir;
19. Əbu Səməd. 10 nəfərlik dəstəsiylə Vedenoda vuruşur;
20. Səid Barzukayev. 12 nəfərlik dəstəyislə Nojay-Yurdda vuruşur;
21. Yasib Cəbayev. Urus-Martanda 13 nəfərlik dəstəyə başçılıq edir;
22. Zəlimxan Kastoyev. Milliyətcə inquş olan bu şəxs Cöhərqalada ruslarla vuruşur;
23. Maqomed Maqomedov. "Çeçenistan Respublika Partiyası"nın sabiq lideri. 15 nəfərlik dəstə ilə Vedeno rayonunda ruslara qarşı vuruşur;
24. Hacı Mitolayev. 10 nəfərlik dəstə ilə Vedenoda vuruşur;
25. Musbek Munsiqov. Vedeno rayonunda 12 nəfərlik dəstəsiylə ruslara qarşı vuruşur;
26. Səid-Hüseyn Takayev. Urus-Martan rayonunda 14 mücahidə başçılıq edir;
27. Bislan Uzuyev. Çeçenistan-İçkeriya Respublikasının baytarlıq departamentinin sabiq rəhbəri. Hazırda başına yığdığı 10 nəfərlə Şatoyda vuruşur;
28. Rizvan Çitigov. 15 nəfərlik dəstəsiylə Nojay-Yurd rayonunda vuruşur;
29. Ruslan Xaldixoroyev. 12 nəfərlik dəstəsi ilə Qroznıda vuruşur.
30. Maqomed Xatuyev. Çeçenistan-İçkeriya Respublikasının gömrük-sərhəd xidmətinin sabiq sədri. 15 nəfərlik dəstəsi ilə Vedeno rayonunda vuruşur;
"ÇEBURAŞKA"
Birinci Çeçen Savaşından fərqli olaraq ikinci savaş əsl partizan müharibəsidir. Nə ümumi komandanlıq var, nə də hərbi əməliyyatların dəqiq koordinasiyası. Çeçen mücahidlər arasında ciddi başıpozuqluq hökm sürür.
Bu gün mücahidlərin baş komandanı kimdir?
Aslan Məshədov?
Əsla.
O, mühacidlərin xüsusi hörmət bəslədiyi Şamil Basayevlə hələ "Dağıstan yürüşü" dönəmində "küsüşüb".
Məshədovun verdiyi əmrlər də sırf nominal səciyyəli olub kağız üzərində qalan mənasız göstərişlərə dönüb. İş o yerə çatıb ki, mücahidlər polkovnik Məshədova ləqəb də qoyublar: "Çeburaşka".
Nədən ki, Məshədov "bir həsir, bir Məmmədnəsir" adam, "cibində siçanlar oynayan" komandan kimi tanınır.
Şamil Basayevə də bütün mücahidlər tabe olmur. O, sadəcə İtum-Qala və Vedenodakı çeçenlərə rəhbərlik edir.
Aydəmir Abalayev, Vaxa Arsanov, Əhməd Basnukayev, Ruslan Gelayev, Sultan Gelisxanov, Əli Dimayev, Mövladi Uduqov, Maqomed Xambiyev, Maqomed Xatuyev, Xizir Xaçukayev, Zəlimxan Yandarbiyev kimiləri də özlərini "səhra komandiri" saysalar da, əslində hərbi əməliyyatlara qazanc mənbəyi kimi baxırlar.
Səlautdin Temirbulatov, Leçi Şavayev, "Saqqal" ləqəbli Leçi İslamov, Aslan Məshədovun sağ əli "briqada generalı" Mumadi Saydayev isə artıq rusların yaxaladıqları səhra komandirləridir.
Fəqət, ələ keçən "general"ların yerinə gənc çeçenlər gəlir. Çox yəqin ki, az sonra Çeçenistanda yeni "general"lar peyda olacaq...
MARİONETKALAR
Moskva Çeçenistan-İçkeriyada marionetka hökumət yaratmaqla bu torpaqlarda "sabitliyin bərqərar olması"na çalışır. Stanislav İlyasov - baş nazir; Əhməd Əbdülhəmidoviç Kadırov - yerli administrasiyanın başçısı; Musa Doşukayev -baş nazirin müavini, sənaye, elm, texnologiya və informatika naziri; Yakov Serqunin - baş nazirin müavini, Çeçenistan Resbublikası administrasiyası başçısı aparatının rəhbəri; Nasrudi Maqomadov - baş nazirin müavini; Viktor Aleksentsev - baş nazirin müavini; Amnat Batıjeva - sosial məsələlər üzrə baş nazirin müavini; Əli Ələvdinov - baş nazirin müavini; Heydər Alxanov -bədən tərbiyəsi, idman və turizm naziri; Səid Əli Ediyev - nəqliyyat naziri; Umar Yasayev -energetika naziri; Əbu Suqaipov - mənzil-kommunal təsərrüfatı naziri; Mövla Osmayev - mədəniyyət naziri; Uvays Maqomadov - səhiyyə naziri; Lema Dadayeva - ümumi və peşə təhsili naziri; Xojəhməd Vaxayev - əmək və sosial inkişaf naziri; Dukuvaxa Əbdüraxmanov - kənd təsərrüfatı və ərzaq naziri; Visita Alerxanovun isə iqtisadi inkişaf və ticarət naziri olduğu bu manekerlər toplusu Qroznıdan 1 kilometr aralanan kimi canlı hədəfə dönürlər. Buna görə də onlar Çeçenistanı yaşadıqları şəhər miqyasında anlayır, amma bütün respublika həcmində pul almaqda davam edirlər.
YARALILAR
Çeçenistan-İçkeriyanın prezidenti Aslan Məshədovun fərmanı ilə "Millətin şərəfi" ordeninə layiq görülən 41 yaşlı Səid Əli Qarbulatov Rusiya Federal Təhlükəsizlik Xidmətinin Şatoy rayonundakı bölməsinə gələrək ruslara könüllü olaraq təslim olub.
Çeçen mücahidləri arasında nüfuzları ilə seçilən səhra komandirləri Maqomed Xatuyev, Maqomed Koriyev və Doku Umarov da Çeçenistan-İçkeriyada rus əsgərlərinə qarşı aparılan döyüşlərdə aldıqları yaralardan hələ də tam sağalmayıblar.
AXTARIŞDA OLANLAR
Rusiya Federal Təhlükəsizlik Xidməti ölkə ərazisindəki bütün milis bölmələrinə xüsusi təlimat göndərərək "axtarışda olan çeçen səhra komandirləri"nin siyahısını açıqlayıb.
Siyahıda Maqomed Xambiyev, Gizir Xaqukayev, Albamir Abalayev, Aslan Mehidov, Rizvan Axvadov, Aslambek Arsayev, M.Çitigov, Daur Əhmədov, Aslambek Əbdülhacıyev, Maqomed Saqarayev, K.Timurbulatov, Uvay Axmanov, Şamil Basayev, Şirvani Basayev, Mövladi Uduqov, Q.Yelayev, Aslan Masxadov, Maqomed Kariyev, Kazbek Maxaşev, Axmed Zaqayev, Hüseyn Elxayev və Ramazan Əhmədovun adları var.
Çeçenistanda "səhra komandir"liyinə namizədlərə gəldikdə isə, onlar Şirvani Ampukayev, Maqomed Asluidinov, Zelimxan Batayev, İbrahim Beysamirov, Saleh Bimurzayev, Əli Dalayev, İslam Datayev, Əli Dimayev, Əhməd Zakayev, Şarpudin İsmayılov, Kilay Bibulatov, Xalid Maqomedov, Muslim Madayev, Hüseyn Markayev, Turpal Movsayev, Əhməd Murtazayev, Sultan Pasayev, Ömər Ozniyev, Cabir Paşayev, Mumadi Saydayev, Arbi Suleymanov, Səid-Hüseyn Takayev, Mövladi Hüseynov, Maqomed Saqarayev, Sulim Eldarov, Adam Əmriyev, Əbdülcan Dolquyev, Alxazur Abuşev, Leçi Akbulatov, Əlmirzə Albastov, Ömər-Hacı Arsabiyev, Maqomsoyat Arsaliyev, İsa Astamirov, Əhməd Bazayev, Əlisxan Bakayev, Suliman Barayev, Rəsul Baçayev, Əmirsayxan Bekmurzayev, Zübeyr Daudov, Əmirxan Cumayev, Küri Dombayev, K.Erisxanov, İsa Larsanov, Nuradi Maqomadov, Ruslan Madiyev, Moudi Mazaşev, Həmzət Matuyev, Ömər Natuyev, Adam Sarayev, Əli Süleymanov, Əhməd Taramov, Balaudi Tekilov, İsa Temirov, Əhsən Tokarzay, Şəa Tulayev, Visam (İsami) Tutuyev, Əhməd Ömərov, İsa Ömərov, Aslanbek Xaldımuradov, Maqomed Xatuyev, Zaurban Çexayev, Usman Çiçiyev, Şamil Şovxalov, Beslan Almurzayev. Turpal Ependiyev, Abdullayev Leçi, Azdamihov Aqdan, Əyyubov Salman, Baytukaev Aslanbek, Bisaev Batıh, Bohqeşvili Öməh, Kuştov İssa, Maqomadov Cambulat, Maqomadov Lema, Maqomadov Muxtah, Maiqov Ramzan, Muhadov Zendi, Mutaev İsa, Talxadov (Dalxadov) Moxahbi, Xusaev Ahbi, Emiyev Maqomedsaleh.
Belxahoyev Yaqub, Bohşiqov Rizvan, Vahabov Ruslan, Vahidov Maqomed, Visa Rasuyev, Visaitov Emin, Visahaqov Ruslan, Qabaev İbhahim, Mahtiev Həsən, Sabdulayev Makhala, Səidov Ahbi, Takayev Həsən, Öməhov Həmzət və Xəmbiyev Öməhdir.
|