İngiltərə premyer liqasının ötən turunda keçirilən, "Arsenal" - "Çelsi" matçında "topçular"ın fransalı yarımmüdafiəçisi Patrik Vieyra görüşün hakimini təhqir etdiyi üçün iki oyunluq diskvalifikasiya edilməklə yanaşı, həm də 25 min avro cərimələnib. Yada salaq ki, Vieyra matçın baş hakimi Endi Di Urso tərəfindən qırmızı kartla meydandan qovularkən, hakimin qərarı ilə razılaşmayıb və onu küçə söyüşləriylə cavablandırıb.
Kan "Depor"a qarşı oynayacaqmı?
Almaniyanın "Bavariya" klubunun qolkiperi Oliver Kanın oktyabrın 29-da ÇL turnirində keçiriləcək "Bavariya" - "Deportivo" matçında iştirak etməsi sual altındadır. Buna səbəb dünyaca şöhrətli qolkiperin zədəli olmasıdır. RİA "Novosti"nin verdiyi xəbərə görə, Kan oktyabrın 23-də məhz bu turnirdə keçirilən "Milan" - "Bavariya" matçında bu əzələlərini zədələyərək, matçın ikinci hissəndə meydana çıxmayıb. Lakin buna baxmayaraq, Kan "Deportivo"ya qarşı matçda meydana çıxacağına ümid edir.
"Vest Bromviç"in gəliri artıb
İngiltərənin "Vest Bromviç" klubu ötənilki gəlirinin məbləğini elan edib. Məlum olub ki, klubun gəliri 2,6 milyon funt məbləğində olub. Klubdan verilən xəbərə görə, ondan əvvəlki ildə isə məbləğ 1,7 milyon funt olubmuş. Bu isə o deməkdir ki, "Vest"in gəliri ötən illə müqayisədə bir az artıb. Gəlir əsasən ev oyunlarında azarkeşlərin sayının artması nəticəsində artıb. Bundan başqa, komandanın mal dövriyyəsi də 8,5 milyon funtdan 14,3 milyona çatıb.
Təkrar görüşlər keçirilib
İtaliya Kuboku uğrunda birinci mərhələnin təkrar görüşləri keçirilib və qaliblər aşkar edilib. Nəticələr belədir: "Komo" - "Triestina" - 0:2. İlk görüş - 0:1. "Triestina" - növbəti mərhələyə çıxıb; "Breşiya" - "Ankona" - 1:3. İlk görüş - 1:1. "Ankona" n.m.ç; "Pyançetsa" - "Ternana" - 2:0.
İlk görüş - 1:1. "Ternana" n.m.ç; "Udineze" - "Bari" - 1:0. İlk görüş - 1:4. "Bari" n.m.ç; "Attalanta" - "Sampdoriya" - 1:1. İlk görüş - 0:1. "Sampdoriya" n.m.ç; "Parma" - "Viçentsa" - 2:1. İlk görüş - 0:2. "Viçentsa" n.m.ç. "Modena" - "Recina" və "Torino" - "Empoli" matçı bir gün sonra keçiriləcək. Turnirin ikinci mərhələsinin oyunları isə 4 və 8 dekabr günlərində olacaq.
Daumun 1 milyonu
Almaniyanın "Bayer", Türkiyənin "Beşiktaş" klublarının sabiq, Avstriyanın "Austriya" klubunun hazırki baş məşqçisi Kristof Daum bildirib ki, kokainlə bağlı qalmaqal onun üçün bir milyon avro cəriməsi ilə başa çatıb "Socceraqe"nin verdiyi xəbərə görə, Daum məsələyə öz münasibətini belə açıqlayıb: "Düzdür, günahkar bilindiyim üçün məhkəmənin qərarı ilə bir milyon avro ödəmək zorunda qaldım. Ancaq bununla bahəm çox şadam ki, "Bayer"in maliyyə direktoru Kalmundla aramızdakı münasibətlər yenidən bərpa olundu". Daha sonra isə o, "ağır günlərimdə mənə və ailəmə köməklik etdiyi üçün Mattias Zammerlə Yurgen Kolreaya minnətdaram" - deyib.
"Kayzers"ə bank dəstəyi
"Socceraqe"nin verdiyi xəbərə görə, maliyyə böhranına düşən "Kayzerslautern" (Almaniya) klubuna ölkə bankları yardım etmək məqsədi ilə 20 milyon avro kredit verib. Bu kredit hesabına "Qırmızı şeytanlar" çıxış etdiyi Frits Valter adına stadionu 2006-cı ildə keçiriləcək dünya çempionatına hazırlamaq məqsədi ilə yenidən təmir edəcək.
Matteus "Rapid"dən məhkəməylə vidalaşacaq
Almaniyanın məşhur futbolçusu olmuş Lotar Matteus rəhbərlik etdiyi "Rapid" (Avstriya) klubundan yarım milyon avro tələb edir. Belə çıxır ki, Matteus "Rapid"lə xoşhaxoşluqla ayrılmaq istəmir. Yada salaq ki, Lotar ötən mövsüm "Rapid"in baş məşqçisi işləyib. Onun klubla bağladığı müqavilə 2003-cü ildə başa çatacaq. Ancaq buna baxmayaraq, klub rəhbərliyi alman mütəxəssisi yay tətilindən sonra geri dəvət etmək istəməyib. Buna səbəb isə Lotarın rəhbərlik etdiyi "Rapid"in ölkə çempionatında zəif çıxış etməsi olub. Belə ki, 10 klubdan ibarət olana güclülər dəstəsində Lotarın komandası yalnız 8-ci yerlə kifayətlənib. Bu isə ölkənin ən güclü klubu olan "Rapid" üçün biabırçılıq hesab edilir. İndi Lotar klub rəhbərliyi tərəfindən pozulmuş müqavilənin şərtinə görə, 562 min avro almalıdır. Klub rəhbərliyini hətta küçə söyüşləri ilə təhqir etməkdən qalmayan Matteus məhkəməyə müraciət etməli olub.
Ev sahibliyi uğrunda mübarizə gedir
Bəlli ki, "DÇ-2010"un final mərhələsinin Afrikada keçirilməsi nəzərdə tutulub. Bunu FİFA prezidenti Zenn Blatter dəfələrlə vurğulayıb. Oktyabrın 23-dən başlayaraq, qara qitənin ölkələri "DÇ-2010"a ev sahibliyi etmək istəyi ilə FİFA-ya məktublar göndərməyə başlayıblar. FİFA rəsmilərinin verdiyi xəbərə görə, artıq Afrika Futbol Konfederasiyasının 52 üzvünün hamısı bu arzuda olduğunu bildirib. FİFA müfəttişi onu da bildirib ki, çempionata ev sahbliyi etmək istəyən ölkələrin sifarişi 2003-cü il avqustun 31-dək qəbul ediləcək. 2004-cü ilin mayında isə "DÇ-2010"un ev sahibi olacaq ölkə reallaşacaq.
Meksikanlara argentinalı məşqçi
Argentinası mütəxəssis Rikardo Lovolne Meksika yığma komandasına baş məşqçi təyin edilib. Maraqlıdır ki, Lavolpe digər argentinalı məşqçi Karlos Byanki bu posta öz namizədliyindən imtina edəndən sonra məşqçi olub. Buna baxmayaraq, yerli "TeleVisa" kanalının verdiyi xəbərə görə, Lavolpenin məşqçiliyi hələlik rəsmiləşdirilməyib. Meksika yığmasının sabiq baş məşqçisi Havyer Aqirre isə "DÇ-2002"nin 1/4 finalına çıxa bilməyəndən sonra istefa verərək, vaxtı ilə çıxış etdiyi "Osasuna"ya (İspaniya) keçib. Qeyd edək ki, Meksika yığması noyabrın 20-də yeni məşqçinin rəhbərliyi altından Portuqaliya millisinə qarşı ilk görüşünü keçirəcək. Meksika Futbol Federasiyasının prezidenti Alberto de la Torrenin namizədliyini irəli sürdüyü 51 yaşlı Rikardo Lavolpe 16 il bu ölkədə məşqçi kimi fəaliyyət göstərib və milli çempionatda uğurlar qazanıb. Elə buna görə də, Meksikada Lavolpe ən yaxşı məşqçi hesab edilir.
Blatter vəzifəsindən bezibmi?
FİFA prezidenti Zenn Blatter bildirib ki, 2006-cı ildə keçiriləcək prezident seçkisində öz namizədliyini irəli sürməyəcək. Dünya futbolçunun bossu 70 yaşı tamam olan kimi səssiz-küysüz bu postdan getmək istəyini gizlətməyib. "Sports Bizness"in müxbiri ilə söhbətində Blatter deyib: "Hələ əvvəlcədən bildirmişdim ki, ikinci müddətdən çox bu vəzifədə olmaq istəmirəm. Ona görə də hesab etmək olar ki, indi mən matçın ikinci hissəsini oynayıram". Bir daha yada salaq ki, Blatter bu ilin mayında Afrika Futbol Konfederasiyasının prezidenti İssa həyatla mübarizədən qalib çıxaraq, ikinci müddətə FİFA prezidenti seçilib. Onun sözlərinə görə, təşkilatın növbəti rəhbəri 2004-cü ildə məlum olacaq.
Ferqüsson forvard axtarır
İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi ser Aleks Ferqüsson bildirib ki, yanvar ayında transfer pəncərəsi açılanda klubda yeni forvard olacaq. Qeyd edək ki, Çempionlar Liqasının birinci mərhələsinin 4-cü turunda Yunanıstanın "Olimpiakos" klubu üzərində çətin qələbə qazaranaraq, növbəti mərhələyə vəsiqə qazanan "MU" hazırda forvard problemi ilə üzləşib. Klubun hücum xəttinin lideri olan Ruud van Nisterloy və eləcə də Ole-Hunnar Sulşer hazırda zədəli olduğu üçün klub təkcə uruqvaylı forvad Dieqo Forlanın ümidinə qalıb. Gəzən şayiələrə görə, "MU" ilk növbədə Andrey Şevçenko ("Milan") və Dieqo Tristan ("Deportivo") kimi ulduzları almaq istəyir. Ferqüson çox güman ki, yaxın günlərdə "Vest Hem"in forvardı Paolo di Kanionun da marağına düşəcək.
Totti tənqid edir
"Dəbdə olmayan" "Roma"da çıxış etdiyimə görə "Qızıl top" mükafatını ala bilməyəcəm" - deyən Françesko Totti bu dəfə isə məzkur ödüllə bağlı müsabiqəni tənqid edib. Maraqlıdır ki, "Roma" klubunun zədəli forvardının adı son iki ildə bu mükafata layiq görüləcək namizədlər arasında olsa da, o, qalib ola bilməyib. Belə hesab etmək olara ki, Totti oyun səviyyəsinə görə Rivaldo, Fiqu, Zidan və Ouendən geri qalır. Lakin Totti özü belə fikirləşmir. O bu mükafatı ala bilməməyinin səbəbini "dəbdə olmayan" "Romada oynamaqda görür. Lakin bununla yanaşı Totti çıxış etdiyi klubu tərk etmək də is
|