TERRORA HEÇ KƏS HAQQ QAZANDIRMIR"
AXCPYÖNLÜLƏR MOSKVADA BAŞ VERƏNLƏRI PISLƏYIR
. Moskvanın teatr mərkəzində baş verənlər qurum üzvləri tərəfindən birmənalı pislənilib. Bu barədə AXCP ("islahatçılar") sədri Əli Kərimli tədbirdən sonra keçirdiyi mətbuat konfransında məlumat verib.
Əli Kərimlinin dediyinə görə, DK üzvləri yüzlərlə təqsirsiz, sadə insanın terrora məruz qalmalarına biganə qalmır. Onun fikrincə, heç bir müqəddəs məqsəd belə dinc vətəndaşlara qarşı terror törətməyə rəvac verə bilməz. "Biz bu kimi halların təkrarlanmasına qarşıyıq". Rusiyada onsuz da xeyli şovinist qüvvələrin olduğunu xatırladan AXCP sədrinin sözlərinə görə, bu hadisədən heç kim istifadə etməməlidir. Onun fikrincə, bir dəstə terrorçuya görə, Rusiyada Qafqaz əsillilərə qarşı hücuma keçmək yolverilməzdir. "Onlara görə bütöv regionu günahlandırmaq olmaz". Kərimliyə görə, terrora heç kəs haqq qazandırmır.
|