01 Yanvar 2002    
 
  ANA SAHİFƏ
  GÜNDƏM
  SİYASƏT
  CƏMİYYƏT
  OLAY
  İQTİSADİYYAT
  YAZARLAR
  OLKƏ İÇİ
  MÜSAHİBƏ
  KRİMİNAL
  ARAŞDIRMA
  YAŞAM
  MƏDƏNİYYƏT
  DÜNYA
  İDMAN
  ŞOU-BİZNES
  DIASPORA
  SƏMAVİ
  QARABAĞ
  TERRORİZM
  AVTO
  SƏHİYYƏ
  TEXNONET
  MOZAİKA
  FUTBOL
  İNTERNET
  WORLD NEWS
  AZERBAIJAN
  CIS Focus


Be. Ça. Ç. Ca. C. Ş. Вс.
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31









 

Owned By [email protected]

Bizim müxalifət mitinqkeçirə bilmir. Düzdür, buna cəhdlər göstərilir, amma alınmır. Nə dərdi-bəladırsa, onlar "azadlıq aşiqi" Nemət Pənahlıdan mitinq keçirməyi qayda-qanununu öyrənməyə çalışmırlar. Nemət bəy istənilən bir aksiyanı ssenariləşdirib, altından da imzasını qoya bilər. Əgər mitinqin təşkilatçılığı ona verilsə. O birilər buna razı olarlarmı? A tövbə, yox. Nədən ki, təşkilatçılar iki gündən bir toplaşırlar, dərdləşirlər, mətbuatda da geninə-boluna təbliğ olunurlar. Belə olan halda, onlar Neməti qabağa buraxarlarmı?
Nemət Pənahlı bilir ki, camaatı mitinqə necə cəlb eləmək olar. Bəyəm 80-ci illərin sonunda camaatı "oturun-durun" deyib, idman elətdirən Nemət bəy deyildimi? Demə, Nemət o vaxtdan mitinq ssenarisi yazmaq üzrə püxtələşibmiş. Kimlər qalmayıbmış ki, Pənahlı onun evində yalvarıb-yaxarmasın. Ki, sən Allah, gəl mitinqdə çıxış elə. Elə Sirus Təbrizlinin ətəyindəki daşları tökdürən də Nemət olub. Məni sevindirən bir məsələ oldu. Yaxşı ki, bəzi partiyalar kimi Nemət Pənahlının başçılıq etdiyi Milli Dövlətçilik Partiyası mitinqə kolonlar qoşulmağın əleyhinə deyil. Öz gücünə-qüvvəsinə arxalanan bütün partiyalar kolon tərəfdarıdırlar.
Müxalifətin sabahkı aksiyasına icazə verildi. Amma verilməsəydi, ondan yaxşıydı. Nədən ki, müxalifətin ürəyi üzüldü bu cavabı alanadək. Bakı şəhər İcra Hakimiyyətindən dünən günün birinci yarısında cavab verməliydilər. Amma meriyadakıların başı qarışıq olduğundan, müxalifətdəkilərdən dönə-dönə üzr istəyiblər ki, bəs sizin cavabınıza günortadan sonra verəcəyik. Müraciətə imza atan partiyalarda da gözləyə-gözləyə qalıblar. Partiyaların qapıları açılanda sıravi üzvdən tutmuş sədrədək hamının diqqəti qapıya yönəlirmiş. Səbrləri tükənən müxalifət elə bilib ki, day meriya onlara cavab verməyəcək. Hazırlaşırmışlar ki, bir bəyanat hazırlasınlar, altından da günün şüarını "mitinq günü çatdı, heç bilmirik neyləyək, meriyadan hələ bir cavab da yoxdur" kimi yazsınlar, görüblər ki, budu ha, poçtalyon əlində məktub gəldi. Meriya bu dəfə də müxalifətin qəlbinə dəymədi, sabahkı aksiyalarına icazə verdi. Müxalifət sevindiyindən günün şüarını da dəyişdi: "Mitinq yerini dəyişmək olmaz".


    SİYASƏT
    CƏMİYYƏT
    İQTİSADİYYAT
    KRİMİNAL
    MƏDƏNİYYƏT
    İDMAN

Təsisçi: Müşfiq SƏFİYEV, Baş redaktor: Qəzənfər BAYRAMOV, İnternet redaktor:
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43. Telefonlarımız: 98-94-76; 98-08-63; 93-56-23
©2002, Dizayn Penki Kontinentai Baku