"LUKOIL" PAYINI SATMAYIB
Rusiyanın "LUKoil" neft şirkəti "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun istismarını nəzərdə tutan layihədəki 10 faizlik payını satmaı barədə informasiyaları təkzib edir.
Şirkət yetkililərinin dediyinə görə, pay satılmasa da, "LUKoil" bundan sonra yalnız operator olduğu layihələrə, yəni "Yalama", "Hövsan-Zıx" və Xəzərin şimal sektorundakı yataqların istismarına üstünlük verəcək.
2003-cü ildə "Yalama" strukturunda "LUKoil" ilk kəşfiyyat quyusunu qazacaq.
Neft ehtiyatlarının 865 milyon barrel olduğu təxminlənən bu yatağın 60 faizi ARDNŞ-ə məxsusdur.
|