01 Yanvar 2002    
 
  ANA SAHİFƏ
  GÜNDƏM
  SİYASƏT
  CƏMİYYƏT
  OLAY
  İQTİSADİYYAT
  YAZARLAR
  OLKƏ İÇİ
  MÜSAHİBƏ
  KRİMİNAL
  ARAŞDIRMA
  YAŞAM
  MƏDƏNİYYƏT
  DÜNYA
  İDMAN
  ŞOU-BİZNES
  DIASPORA
  SƏMAVİ
  QARABAĞ
  TERRORİZM
  AVTO
  SƏHİYYƏ
  TEXNONET
  MOZAİKA
  FUTBOL
  İNTERNET
  WORLD NEWS
  AZERBAIJAN
  CIS Focus


Be. Ça. Ç. Ca. C. Ş. Âñ.
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31








 

İslam Aleminin Kurban Bayramı Mubarek Olsun Sitenizin Acığını Kapatınız

AZƏRILƏR HƏLƏ DƏ GIROVDUR
Moskvadakı Azərbaycan Sahibkarlar Birliyinin sədri Rüfət Ağayev çeçen yaraqlıların şəhərdəki Diyircəkli Yastıqlar zavodunun sabiq mədəniyyət evində nümayiş olunan "Nord-Ost" müziklinə tamaşa etməyə gələn, amma terrorçuların cənginə düşən 711 nəfərdən bu binada qalmış şəxsləri azad etmək üçün vasitəçiliyə, terrorçularla danışıq aparmağa hazır olduğunu bəyan edib.
Terrorçulara ünvanladığı müraciətində "sizi bütün girovları, o cümlədən qadın və uşaqları azad etməyə çağırıram" deyən Ağayev bildirir: "Bu qədər insana günlərlə əzab vermək vicdanlı və humanist iş deyil. Azərbaycan ərazisində təxminən 20 min nəfər çeçen qaçqını var. Onların hamısı üçün normal yaşam şəraiti yaradılıb. Buradakı terrorçular isə yaxın və uzaq xaricdən olan insanları, o cümlədən Azərbaycanlıları hələ də girov saxlayırlar".
Çeçenlərin girov saxladığı azərilər isə hələ də azad edilməyib.
Dünən aldığımız başqa bir məlumatda isə Moskvada yaşayan azərilərin ciddi yoxlamalara məruz qaldığı bildirilir.
Moskva Şəhər Daxili İşlər İdarəsinin əməkdaşları soydaşlarımızın yaşadıqları hər mənzilə baş çəkərək "pasport rejimini yoxlamaq" adı ilə onları sorğu-suala tutaraq "şübhəli qafqazlılar" haqda müfəssəl bilgilər toplamağa çalışıblar.
Eyni zamanda Moskvada və Rusiyada yeni, daha təhlükəli millətçi tendensiya yaranmaqdadır. Belə ki, bu günlərədək Qafqaz əsillilər Rusiyada "qaralar" və "qafqaz millətinə mənsub şəxs" adlanırdılarsa, dünəndən etibarən rusların şovinist leksikonunda "İslam millətinə mənsub şəxs" kəlməsi peyda olub.

    SİYASƏT
    CƏMİYYƏT
    İQTİSADİYYAT
    KRİMİNAL
    MƏDƏNİYYƏT
    İDMAN

Təsisçi: Müşfiq SƏFİYEV, Baş redaktor: Qəzənfər BAYRAMOV, İnternet redaktor:
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43. Telefonlarımız: 98-94-76; 98-08-63; 93-56-23
©2002, Dizayn Penki Kontinentai Baku